Advertisment

Türkiyədə 132 qeyri-qanuni miqrant saxlanılıb

Türkiyənin İzmir və Muğla vilayətlərində “miqrant qaçaqmalçılığı” şəbəkələri üzə çıxarılıb.

Herbiand.az xəbər verir ki, ölkənin Jandarma Təşkilatı və Sahil Mühafizə Xidmətinin əməkdaşları tərəfindən keçirilən birgə əməliyyat nəticəsində 132 qeyri-qanuni miqrant və onların qanunsuz yollarla ölkədən çıxmasına kömək edən 9 təşkilatçı saxlanılıb.

Miqrant qaçaqmalçılığı təşkilatçılarından 4-ü barəsində həbs qətimkan tədbiri seçilib. Digər şəxslərlə bağlı prosessual tədbirlər davam edir.

Saxlanılan qeyri-qanuni miqrantlar Vilayət Miqrasiya İdarələrinin müvafiq bölmələrinə təhvil verilib və onların ölkədən deportasiyası ilə bağlı prosedurlara başlanılıb.