"Aleksin" və "Kabardino-Balkariya" kiçik sualtı qayıq əleyhinə gəmilər Baltik dənizində "Velikiye Luki" dizel-elektrik sualtı qayığının axtarışı və məhv edilməsi üçün planlaşdırılmış taktiki təlim keçiriblər.
Herbiand.az bu barədə Rusiya Müdafiə Nazirliyinə istinadən bildirir.
Məlumata görə, sualtı qayıq təcrübə torpedalarından istifadə edilərək atəşə tutulub. Əvvəlcə dənizçilər sualtı qayığı axtarmağı, aşkarlamağı və onunla əlaqə saxlamağı məşq ediblər. Bu mərhələdə Ka-27 sualtı qayıq əleyhinə helikopterlərindən də istifadə edilib.
Gəmilər missiyaları məşq etdikdən sonra hava hücumundan müdafiə sistemlərindən istifadə edərək simulyasiya edilmiş düşmənin hava hücumunu dəf edib və artilleriya sistemləri ilə yerüstü hədəfləri vurublar.
Bəxtiyar CƏFƏRLİ