Paşinyan bu fikirləri parlamentin 2026–2031-ci illəri əhatə edən hökumət proqramını təqdim edərkən səsləndirib.
Baş nazirin sözlərinə görə, seçicilər səsvermədə “əsl Ermənistan” ideologiyasını dəstəkləyiblər. O bildirib ki, bu yanaşmaya əsasən, Ermənistan dövlətinin əsas missiyası beynəlxalq səviyyədə tanınmış 29 743 kvadrat kilometrlik ərazisində vətəndaşların sülhünü, təhlükəsizliyini və rifahını təmin etmək, eyni zamanda milli kimliyi qoruyub inkişaf etdirməkdir.
Paşinyan vurğulayıb ki, məhz bu baxış “Dördüncü Respublika” konsepsiyasının əsasını təşkil edir.
“Demək olar ki, Dördüncü Respublika artıq qurulub. Bu, reallıqdır”, – deyə Ermənistanın Baş naziri bildirib.