2022-ci ilin fevral ayından bəri London Kiyevə 25 milyard funt sterlinqdən çox yardım göstərib.
Herbiand.az bildirir ki, bu barədə Ukraynanın Böyük Britaniyadakı səfiri Valeri Zalujnı söyləyib.
"Böyük Britaniya həm hava hücumundan müdafiə sistemləri, həm də PUA-ları ələ keçirmək üçün raketlər və avtomatik toplar vasitəsilə Ukraynanın hava hücumundan müdafiəsinin gücləndirilməsinə fəal şəkildə kömək edir", - Zalujnı deyib.
Səfir əlavə edib ki, bu müddət ərzində 63.000 Ukrayna əsgəri Böyük Britaniyada hərbi təlim keçib.
Bəxtiyar CƏFƏRLİ