Ukrayna 66 Rusiya hədəfinin, o cümlədən MiQ-29 qırıcısının məhv edildiyini açıqlayıb
Ukrayna Pilotsuz Sistemlər Qüvvələrinin komandiri Robert (Madyar) Brovdi 24 avqust gecəsi Rusiyanın arxa cəbhəsində 66 hərbi hədəfin məhv edildiyini açıqlayıb.
Komandirin “Telegram” kanalında paylaşdığı məlumata görə, əməliyyatı “Ptits” xüsusi təyinatlı bölməsi həyata keçirib. Məhv edilən hədəflər arasında Rostov vilayətinin Dolotinka yaşayış məntəqəsində yerləşən daha bir MiQ-29 qırıcısının da olduğu bildirilir.
Brovdi, həmçinin dörd radar sisteminin sıradan çıxarıldığını qeyd edib. Bunlar Rostov vilayətində yerləşən iki “Kasta-22” və bir “Nebo-SV” radarı, eləcə də Krımın Rozdolnoye ərazisindəki “ST-68” radar sistemidir.