Amerikalı siyasətçi Qreq Stenton televiziya kanallarından birinə müsahibəsi zamanı Yaxın Şərqdə aviadaşıyıcılarının təchizatı üçün istifadə edilən ABŞ bazasının İran tərəfindən məhv edildiyini deyib.
Herbiand.az bildirir ki, onun sözlərinə görə, USS Abraham Lincoln aviadaşıyıcının logistika problemləri məhz bununla əlaqədardır.
Stenton qeyd edib ki, dağıdılmış obyekt Oman körfəzində yerləşir və ABŞ Hərbi Dəniz Qüvvələrinin təchizatı üçün əsas idi: “ABŞ müdafiə naziri Pit Heqset bu barədə susmağa üstünlük verib. Bu, Pit Heqset və ABŞ prezidenti tərəfindən idarə olunan rəhbərliyin tamamilə uğursuzluğudur. Onlar qoşunlarımızı və dənizçilərimizi belə bir təhlükəyə atıblar. Bu vəziyyət onların ailələri üçün həqiqətən də əzablıdır”.
Bəxtiyar CƏFƏRLİ