Advertisment

Suriya və İsrail gərginliyin azaldılması üzrə danışıqlara başlayıb

Suriya və İsrail arasında gərginliyin azaldılması məqsədilə danışıqlara start verilib.

Suriya Xarici İşlər Nazirliyinin məlumatına görə, müvəqqəti hökumətin xarici işlər naziri Əsəd əl-Şeybaninin rəhbərlik etdiyi nümayəndə heyəti ABŞ-ın vasitəçiliyi ilə İsrail tərəfi ilə görüş keçirib. Nümayəndə heyətinə İordaniyadakı kəşfiyyat rəsmilərinin də daxil olduğu bildirilir.

Suriya dövlət xəbər agentliyi SANA-nın məlumatına görə, avqustun 23-də keçirilən görüş İsrailin Suriya ərazisinə endirdiyi zərbələrdən sonra gərginliyin azaldılması səyləri çərçivəsində baş tutub.

Danışıqlarda əsas diqqətin iki ölkə arasında qarşıdurmanın azaldılması və bölgədə vəziyyətin sabitləşdirilməsinə yönəldiyi bildirilir.