ABŞ prezidenti Donald Trampın həyat yoldaşı Melaniya Ağ Evdən nifrət edir və Nyu-York şəhərindəki mənzilinə üstünlük verir. 2020-ci il seçki kampaniyası zamanı o, yalnız gələcək prezident onun xərclərini ödədikdən sonra əri ilə tədbirlərdə iştirak edib.
Herbiand.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibinin keçmiş müavini Sara Metyuz "On Sunday with Jack Cocchiarella" podkastında bildirib.
Metyuz Ağ Evdə işləyib və rəsmilər və Tramp ailəsinin üzvləri ilə görüşüb: “Melaniyanın əri ilə münasibətindən şoka düşmüşdüm. Onun cəmiyyətə çıxmaq üçün Trampdan pul istəməsi yersizdir. Heç vaxt görüşmədiyim yeganə insan Melaniya Tramp idi. O, Ağ Evdə qalmaq istəmirdi. Öz həyat yoldaşının hər hansı bir yerdə görünmək üçün pul ödəməli olduğunu düşünmək ağılsızlıqdır”.
Bəxtiyar CƏFƏRLİ