Moskva məhkəməsi rekord miqdarda rüşvətdə ittiham olunan Daxili İşlər Nazirliyinin keçmiş polkovniki Dmitri Zaxarçenkonun Müdafiə Nazirliyinin hərəkətsizliyi ilə bağlı qaldırdığı iddiasını rədd edib.
Herbiand.az bu barədə Rusiya mətbuatına istinadən bildirir.
Keçmiş polkovnik bir neçə ildir ki, xüsusi hərbi əməliyyat zonasına köçürülməsinə çalışır, lakin heç bir nəticə əldə edə bilməyib. Ən son olaraq komissiya onun peşəkar psixoloji müayinədən keçə bilmədiyini bildirib.
Zaxarçenko dəfələrlə vətənpərvər mövqe tutduğunu və əvvəllər hərbi təlim institutunda zabit rütbəsi almasına baxmayaraq, "hətta sıravi əsgər kimi" döyüş zonasına getməyə hazır olduğunu bildirib.
Bəxtiyar CƏFƏRLİ