Advertisment

İsrail ordusu hərbi təlimlər keçirib

İsrail ordusu İordan çayının qərb sahilində hərbi təlimlər keçirib.

Herbiand.az xarici mediaya istinadən xəbər verir ki, İsrail Silahlı Qüvvələri bununla bağlı açıqlama yayıb. “Hərbi təlimlər əməliyyat hazırlığını və yüksək hazırlıq səviyyəsini yoxlamaq məqsədilə keçirilib”-açıqlamada bildirilir.

Məlumatda həmçinin qeyd olunub ki, “gözlənilməz ssenarilərə hazırlıq məqsədilə” bölgədə dislokasiya olunmuş hərbi birliklərə tabe olan bütün taborlar təlimə cəlb edilib.

Qeyd olunub ki, təlim qarşıdan gələn yəhudi bayramları dövrünə hazırlıq məqsədilə təşkil edilib.

E.Cəfərli  

Herbiand.az