Advertisment

Tramp CAR prezidentinə tələblərlə dolu məktub göndərib

ABŞ lideri Donald Tramp Cənubi Afrika Respublikasının (CAR) prezidenti Siril Ramafosaya tələblərlə məktub göndərib. Herbiand.az xəbər verir ki, bu barədə “The Daily Maverick” qəzeti məlumat yayıb.

Nəşrin yazdığına görə, məktubu ABŞ-ın CAR-dakı səfiri Leo Brent Bozell Afrika ölkəsinin liderinə təqdim edib.

Tramp məktubunda tələb edir ki:

CAR Qoşulmama siyasətini dəstəklədiyini nümayiş etdirməli, ABŞ-ın rəqiblərindən, o cümlədən İrandan məsafə saxlamalı, fermerləri zorakılıqdan qorunmalı, torpaqların kompensasiya ödənilmədən müsadirəsinə imkan verən qanunu ləğv etməli, amerikalı investorların CAR-dakı müəssisələrinin mülkiyyətinin 30 faizini ölkənin qaradərili vətəndaşlarına verməsini nəzərdə tutan tələbdən imtina etməlidir.

“Ramafosa məktbua zamanı çatanda cavab verəcək”-bunu isə CAR prezidentinin nümayəndəsi Vinsent Maqvenya bildirib.

E.Cəfərli

Herbiand.az