Advertisment

Hökumət sosial layihələri  dayandırır-Pul yoxdur

Ukrayna hökumətinin sosial proqramlara və biznesə dəstək layihələrini  maliyyələşdirmək üçün kifayət qədər vəsaiti yoxdur. Herbiand.az xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının maliyyə, vergi və gömrük siyasəti məsələləri üzrə komitəsinin rəhbəri Daniil Getmantsev bildirib.

Yerli televiziyaların birinə verdiyi açıqlamada Getmantsev deyib ki, hökumət yardım proqramları üzərində işləyir, lakin onların genişləndirilməsi üçün yetərli maliyyə vəsaiti yoxdur.

“Sosial sahəyə ayırmağa vəsait yoxdur. Hətta başladığımız bir neçə sosial proqramı maliyyə olmadığı üçün başa çatdıra bilmirik” – Getmantsev bildirib.

Qeyd edək ki, bir müddət öncə ölkənin maliyyə naziri Sergey Marçenko beynəlxalq yardımın azalması səbəbindən hökumətin dövlət xərclərini məhdudlaşdırmağa başladığını bildirmişdi.

E.Cəfərli

Herbiand.az