Advertisment

Türkiyə XİN Bakının işğaldan azad edilməsinin 108-ci ildönümü münasibətilə paylaşım edib

Türkiyənin Xarici İşlər Nazirliyi Azərbaycanın paytaxtı Bakının işğaldan azad edilməsinin 108-ci ildönümü ilə bağlı paylaşım edib.

Herbiand.az -ın məlumatına görə, bu barədə nazirliyin “X” hesabında paylaşılıb.

“Azərbaycanın paytaxtı Bakının işğaldan azad edilməsinin 108-ci ildönümü münasibətilə azərbaycanlı qardaşlarımızı ən səmimi arzularımızla təbrik edir, müstəqillik uğrunda canlarını fəda edən bütün şəhidlərimizi hörmət və ehtiramla yad edirik", - paylaşımda qeyd edilib.