Advertisment

Astarada evinin damında təmir işləri aparan 74 yaşlı kişi yıxılaraq ölüb

Astara rayonunda evinin damında təmir işləri aparan 74 yaşlı kişi yıxılaraq ölüb.

Herbiand.az-ın məlumatına görə, hadisə ötən gün rayonun Miki kəndində baş verib.

Məlumata görə, 1952-ci il təvəllüdlü Abid Şəfəqqətov yaşadığı evin damında təmir işləri aparan zaman yıxılması nəticəsində ölüb.

Faktla bağlı araşdırma aparılır.