NATO kəşfiyyat orqanlarının Leypsiq hava limanında baş verən dron hadisəsində Rusiyanın iştirakına dair heç bir dəlili yoxdur və bu barədə öz hakimiyyət orqanlarına məlumat veriblər.
Herbiand.az bildirir ki, bu barədə Rusiya Xarici Kəşfiyyat Xidmətinin (XKX) mətbuat ofisi məlumat verib.
"XKX-də mövcud olan etibarlı məlumata görə, NATO dövlətlərinin kəşfiyyat orqanları hadisənin şərtlərini araşdırdıqdan sonra milli hakimiyyət orqanlarına Rusiyanın iştirakına dair ən kiçik bir dəlilin belə olmaması barədə məlumat veriblər", - qurumun veb saytında verdiyi açıqlamada bildirilib.
Rusiya kəşfiyyatı həmçinin, vurğulayıb ki, xarici kəşfiyyat orqanları öz hökumətlərinə Moskvanın iddia edilən iştirakla bağlı qəti açıqlamalar verməkdən çəkinməyi tövsiyə edib: "Əksinə, "Ukrayna izi"nin çoxsaylı əlamətləri qeyd edilib".
Xatırladaq ki, sentyabr ayının 1-də Rusiya səfiri Almaniya Xarici İşlər Nazirliyinə çağırılıb. Berlin bu tədbirləri Leypsiqdəki dron hadisəsi ilə bağlı Moskvaya qarşı ittihamlarla izah edib.
Bəxtiyar CƏFƏRLİ