Advertisment

KİV: Almaniya MN-də Ukrayna ilə bağlı gizli qrup fəaliyyət göstərir

Almaniya Müdafiə Nazirliyinin yüksək səviyyədə qorunan qanadında Ukrayna ilə bağlı gizli qrup fəaliyyət göstərir.

Herbiand.az bildirir ki, bu iddianı Amerikanın "Financial Times" qəzeti irəli sürüb.

Nəşr qeyd edib ki, məxfilik səviyyəsi o qədər yüksəkdir ki, bəziləri qrupu "partizan bölməsi" adlandırır.

Bu, Kiyevə kömək etmək üçün xüsusi işçi qrupu olan "Sonderstab Ukraine"-dir. Qrup cəmi iki həftə ərzində Ukrayna üçün silah tədarükü müqavilələri bağlaya bilir.

"Bizim qərar qəbul etmə zəncirlərimiz son dərəcə qısadır. Bu, bizə səmərəliliyi və çevikliyi təmin edir", - bölməyə rəhbərlik edən "Tornado" qırıcısının keçmiş pilotu, briqada generalı Yoahim Kaşke bildirib.

Jurnalistlərin sözlərinə görə, Kaşke Ukraynaya 9 dəfə səfər edib.

Bəxtiyar CƏFƏRLİ