Rusiya Prezidenti Vladimir Putin Ukrayna dronlarının təhlükəsi səbəbindən "Valday" konfransını Soçidən Moskvaya keçirib.
Herbiand.az xəbər verir ki, bu barədə FT məlumat yayıb.
Bildirilib ki, hər il Soçidə keçirilən konfrans Putinin təhlükəsizlik xidmətinin təkidi ilə Moskva vilayətinə keçirilib.
Qeyd olunub ki, Rusiya Prezidenti 2025-ci ilin oktyabr ayından bəri Soçiyə səfər etməyib.
"Valday" Beynəlxalq diskussiya klubunun rəsmi saytında konfransın bu il 28 sentyabr - 1 oktyabr tarixlərində Moskva vilayətində keçiriləcəyi bildirilib.