Rusiya yerüstü nəqliyyat vasitələrini və digər obyektləri FPV dronlarından avtomatik olaraq qorumaq üçün nəzərdə tutulmuş "Paseka" sistemini hazırlayıb.
Herbiand.az xəbər verir ki, bu barədə “Uşkuynik” Elmi və İstehsalat Mərkəzinin baş direktoru Aleksey Çadayev deyib.
Hərtərəfli qorunma üçün hər birində 12 tor atma cihazı olan 4 modul istifadə olunur. Bu konfiqurasiya bütün perimetr boyunca dronların müşahidəsini və tutulmasını təmin etməlidir. Sistemdə ümumilikdə 48 tor atma cihazı var.
FPV dron yaxınlaşdıqda sistem avtomatik olaraq neyron şəbəkəsi vasitəsilə hədəfi tanıyır və 20 metrə qədər məsafədə 4x4 metrlik tor yerləşdirir. Operatorun iştirakı tələb olunmur.
"Paseka" həmçinin, yerüstü robot sistemlərinin qorunmasında istifadə üçün təklif olunur. Çadayev qeyd edib ki, bu cür nəqliyyat vasitələri FPV dronlarına qarşı xüsusilə həssasdır, çünki onlar təqibdən tez yayınmaq iqtidarında deyillər.
Bəxtiyar CƏFƏRLİ