Türkiyənin Adana əyalətində 4,8 bal gücündə zəlzələ olub.
Herbiand.az xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyinin Fəlakət və Fövqəladə Halların İdarə Olunması Baş İdarəsi (AFAD) məlumat yayıb.
Saimbəyli rayonunda baş verən zəlzələnin ocağı 7,99 kilometr dərinlikdə yerləşib.
Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.
Teleqraf