İran aviaşirkətləri İraq hökumətinin daha əvvəl tətbiq etdiyi məhdudiyyətləri aradan qaldırmasından sonra Nəcəf şəhərinə uçuşları bərpa edib.
Herbiand.az xəbər verir ki, bu barədə "Tasnim" məlumat yayıb.
Agentliyin məlumatına görə, fasilədən sonra İrana məxsus ilk təyyarə bir neçə dəqiqə əvvəl Nəcəf hava limanına enib.
Qeyd edək ki, sentyabrın 8-də ABŞ İrana qarşı sanksiya siyahısına hava nəqliyyatı sahəsində fəaliyyət göstərən 35 aviaşirkət və digər şirkəti daxil edib. Sentyabrın 21-də isə ABŞ-nin maliyyə naziri Skott Bessent bildirib ki, Vaşinqtonun tətbiq etdiyi sanksiyalar səbəbindən bütün İran aviaşirkətləri sentyabrın 23-dən etibarən xarici ölkələrə uçuşları dayandırmalı olacaq.
Teleqraf