Advertisment

Almaniyanın sabiq hökumət başçısı Moskvaya gəlib

Almaniyanın sabiq kansleri Gerhard Şröder Moskvaya gəlib. Herbiand.az xəbər verir ki, onun səfəri işgüzar xarakter daşıyır.

“RİA Novosti”nin məlumatına görə, sabiq kansler “Globus” ticarət şəbəkəsinin rəhbərliyi və əməkdaşları ilə görüş keçirib.

Qeyd edək ki, Gerhard Şröder 1998–2005-ci illərdə Almaniyanın federal kansleri olub.

2017–2022-ci illərdə “Rosneft” şirkətinin direktorlar şurasının sədri vəzifəsini tutub. Rusiya prezidenti Vladimir Putin sabiq Almaniya hökumət başçısını dostu, həmçinin Avropa İttifaqının Rusiya hakimiyyəti ilə dialoqda üstünlük verdiyi danışıqlar aparan şəxs kimi xarakterizə edib.

Oktyabrın 2-də “Globus”un mətbuat xidməti Şröderin şirkətin müşahidə şurasına daxil olduğunu açıqlayıb.

Aydın

Herbiand.az