Əddis-Əbəbə Eritreyanı Efiopiya ərazisinə qoşun yerləşdirməkdə günahlandırıb və onların dərhal geri çəkilməsini tələb edib. Hökumətin kommunikasiya naziri Enatalem Meles hökumətin mövqeyini ifadə edib.
Herbiand.az bildirir ki, bu barədə Bloomberg agentliyi məlumat yayıb.
"Suveren ərazimizdə fəaliyyət göstərən bütün xarici hərbi qüvvələr dərhal geri çəkilməlidir. Tiqray bölgəsində fəaliyyət göstərən Eritreya qoşunları dərhal Efiopiya ərazisindən geri çəkilməlidir", - nazir bildirib.
Qarşı tərəf isə əks ittihamlar irəli sürüb. Eritreyanın informasiya naziri Yemane Gebremeskel deyib ki, qonşu ölkə Qırmızı dənizə və strateji əhəmiyyətli Əssab limanına çıxış əldə etmək üçün hərbi əməliyyatlar üçün bəhanə axtarır. Onun sözlərinə görə, Efiopiya tərəfi bu mümkün hərəkətləri özünümüdafiə kimi qələmə verməyə çalışır.
Bəxtiyar CƏFƏRLİ