Hindustan Shipyard Limited şirkəti Hindistan Hərbi Dəniz Qüvvələri üçün ilk FSS “Surya” sinifli donanma dəstək gəmisini suya endirib, həmçinin beşinci belə gəminin başlanğıcını qoyub.
Herbiand.az bildirir ki, gəmi Benqal körfəzinə daxil olub.
Hindistan Hərbi Dəniz Qüvvələri 2023-cü ilin avqust ayında beş FSS sinifli dəstək gəmisi sifariş edib. Müqavilənin dəyəri təxminən 2,3 milyard ABŞ dollarıdır.
FSS gəmilərinin əsas məqsədi dənizdəki gəmiləri yanacaq, su, sursat və digər zəruri təchizatlarla təmin etməkdir. Həmçinin, zəruri hallarda humanitar və fəlakətlərin aradan qaldırılması missiyalarında da istifadəsi planlaşdırılır. Gəminin uzunluğu 230 metr olacaq.
Bəxtiyar CƏFƏRLİ