Advertisment

Yaponiya “Taigei” sinifli 7-ci sualtı qayığı suya salıb

Yaponiya dəniz özünümüdafiə qüvvələri üçün nəzərdə tutulmuş “Taigei” sinifli 7-ci dizel-elektrik sualtı qayığı Mitsubishi Heavy Industries (MHI) gəmiqayırma zavodunda suya endirilib.

Herbiand.az bildirir ki, sualtı qayığın sifarişçiyə 2028-ci ilin mart ayında çatdırılması gözlənilir.

Sualtı qayığın uzunluğu 84 metr, eni 9,1 metrdir. Silahlanmaya Yapon torpedası olan “Type-18”, 248 km mənzilli UGM-84L “Harpoon” gəmi əleyhinə raketlər daxildir.

Bəxtiyar CƏFƏRLİ