Advertisment

Paytaxtda elektrik kəsildi, metronun hərəkəti dayandırıldı

Ukrayna paytaxtı Kiyevdə elektrik enerjisinin kəsilməsi səbəbindən metronun fəaliyyətində problemlər yaranıb. Herbiand.az xəbər verir ki, bu barədə “Strana.ua” nəşri məlumat yayıb.

Nəşr yazır ki, metronun hər üç xətti üzrə hərəkət dayandırılıb.

Qeyd edək ki, bundan bir gün əvvəl Kiyev meri Vitali Kliçko partlayışlardan sonra şəhər sakinlərinin mənzillərinə elektrik enerjisi və su təchizatında fasilələrin yarandığını bildirib.

Mer deyib ki, su təchizatı ilə bağlı problemlər Dnepr çayının sağ sahilində yerləşən şəhər rayonlarında qeydə alınıb. Kommunal xidmətlərin bərpası istiqamətində işlərə başlanılıb.

Bir neçə gün əvvəl Kommunal Xidmətlər İstehlakçıları Birliyinin rəhbəri Oleq Popenko da xəbərdarlıq etmişdi ki, oktyabr ayında Kiyevdə sutkada 14–16 saata qədər sərt elektrik kəsintisi qrafikləri tətbiq oluna bilər.

Aydın

Herbiand.az