Məlumata görə, ən çox dəyişiklik “Vnukovo” hava limanında qeydə alınıb. Burada 113 reys, “Şeremetyevo”da 80, “Domodedovo”da isə 50 reys gecikib. Ümumilikdə 243 reys qrafikdən geri qalıb.
Onlardan 172-si gəliş, 71-i isə uçuş reysləridir.
Məlumata görə, bəzi reyslərin uçuşu növbəti günə təxirə salınıb. Sərnişinlərə dəstək göstərmək üçün əlavə heyət cəlb olunub, hava limanı xidmətləri gücləndirilmiş rejimdə fəaliyyət göstərir.
Aydın