Estoniya Müdafiə İnvestisiyaları Mərkəzi 195 milyon avro məbləğində silah, sursat və onların komponentlərinin satın alınması ilə bağlı tender elan edib. Tender çərçivəsində, həmçinin təlim və hazırlıq proqramlarının həyata keçirilməsi nəzərdə tutulur.
Herbiand.az xəbər verir ki, tenderin şərtlərinə əsasən, Müdafiə İnvestisiyaları Mərkəzi 40 və 23 millimetrlik silahların, həmçinin 76, 40 və 23 millimetrlik sursatların tədarükü üzrə çərçivə müqaviləsi bağlamaq niyyətindədir. Bundan əlavə, müxtəlif komplektləşdirici hissələr alınacaq, istismar müddəti ərzində təlim və texniki xidmət göstərilməsi də sifariş olunacaq.
Məhsullar Avropa İttifaqı və ya NATO ölkələrində istehsal edilməlidir.