Advertisment

Beynəlxalq səyyahlar İmarətdə-VİDEO

Beynəlxalq səyyahların Qarabağ və Şərqi Zəngəzura səfəri davam edir. 

Herbiand.az-ın bölgə müxbiri xəbər verir ki, səfər çərçivəsində dünyanın müxtəlif ölkələrindən olan səyahətçilər bu gün Ağdam şəhərində yerləşən İmarət kompleksini ziyarət ediblər.

Qeyd edək ki, dünya şöhrətli “Most Traveled People” (MTP) klubunun təsisçisi Charles Veley-in rəhbərlik etdiyi beynəlxalq səyyahlar qrupu bu gündən etibarən Qarabağ və Şərqi Zəngəzura səfərə başlayıb.

13 ölkəni, o cümlədən ABŞ, Kanada, Fransa, Almaniya, İsveçrə və Böyük Britaniyanı təmsil edən təxminən 40 nəfərlik heyətin səfər proqramına Azərbaycanın qədim tarixini və mədəni irsini əks etdirən alban məbədlərinin ziyarəti də daxildir.

Bu, dünyanın aparıcı səyyah klublarının 2021–2026-cı illər ərzində Qarabağ və Şərqi Zəngəzura təşkil etdiyi 17-ci qrup səfəridir.

Səfərlərin əsas məqsədlərindən biri işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa, quruculuq və yenidənqurma işləri ilə yerində tanış olmaq, həmçinin bölgənin tarixi və mədəni irsini yaxından görməkdir.

Herbiand.az