Advertisment

Dövlət Baxçalıdan Azərbaycanla bağlı açıqlama: "Buna icazə verməyəcəyik"

Azərbaycanda hicabla bağlı müzakirələrə Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı da münasibət bildirib. Herbiand.az-ın məlumatına görə, Dövlət Baxçalı bildirib ki, iki ölkə arasındakı tarixi, mədəni və qardaşlıq bağları siyasi proseslərdən daha üstündür, xalqlarımızın ortaq yaddaşına və könül bağına söykənir.

O, qardaşlığa xələl gətirməyə yönəlmiş yanaşmalara qarşı olduqlarını vurğulayıb. Son dövrlər hicabla bağlı müzakirələrlə gündəmə gələn Azərbaycana xüsusi diqqət ayıran Dövlət Baxçalı Türkiyə-Azərbaycan qardaşlığının sarsılmazlığına diqqət çəkib.

“Başda Azərbaycan olmaqla, Türk dünyası arasındakı qardaşlıq münasibətlərinə və könül bağına xələl gətirəcək heç bir nifaq toxumunun aramıza səpilməsinə icazə verilməməlidir”,-deyən Baxçalı, qardaşlığı zədələməyə yönəlmiş yanaşmaların qarşısında olduqlarını vurğulayıb.

Onun fikirincə, dünyada siyasi, iqtisadi və geopolitik proseslərin sürətləndiyi bir dövrdə Türk Dövlətləri Təşkilatının çatdığı səviyyə Türk dünyasının gələcəyi baxımından böyük əhəmiyyət kəsb edir: “Türk Dövlətləri Təşkilatı ortaq tariximizin, mədəniyyətimizin və birgə gələcək təsəvvürümüzün institusional təməlinə çevrilib.

Adriatikdən Çin səddinə qədər uzanan geniş Türk dünyasında siyasi iradənin gücləndiyi, iqtisadi və ticarət əlaqələrinin inkişaf etdiyi, nəqliyyat və enerji bağlantılarının genişləndiyi yeni bir dövr formalaşır. Müdafiə sənayesi, texnologiya, təhsil, elm və mədəniyyət başda olmaqla bir çox sahədə əməkdaşlıq imkanlarının artması Türk dövlətləri arasındakı əlaqələrin çoxşaxəli bir quruluş qazandığını göstərir”-deyə, Baxçalı vurğulayıb.

MHP başqanı əmin oldğunu bildirib ki, Qarabağ zəfərinin Ali Baş Komandanı, Azərbaycan Prezidenti İlham Əliyev ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında sammit çərçivəsində keçiriləcək görüşün Türkiyə-Azərbaycan qardaşlığının sarsılmaz iradəsini bir daha nümayiş etdirəcək.

Aydın

Herbiand.az