Yaxın gələcəkdə humanoid robotlar döyüşdə tam hüquqlu iştirakçı ola bilər. Onların sınaqları artıq fəal şəkildə aparılır.
Herbiand.az bildirir ki, bu proqnozu Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı Aleksandr Sırski BBC-yə verdiyi müsahibədə deyib.
Onun sözlərinə görə, müharibənin texnoloji səviyyəsi artmağa davam edəcək. Belə ki, döyüş əməliyyatları artıq bir neçə sahədə aparılır: kosmos, kiberməkan, hava, quru, dəniz və yeraltı.
Sırski qeyd edib ki, yaxın gələcəkdə ordular robototexnika və avtomatlaşdırmanı istisnasız olaraq bütün proseslərə getdikcə daha çox inteqrasiya edəcəklər: “Süni intellekt bu inkişafda əsas rol oynayacaq. Hətta adi silahlar belə, imkanlarını artırmaq üçün süni intellektdən istifadə edən idarəetmə sistemləri ilə təchiz olunur. Humanoid robotların yaradılması - bilirsiniz, bu cür tədqiqatlar aparılır. Təkcə tədqiqatlar deyil, sınaqlar da davam edir. Bu, qoşunların yerləşdirilməsi taktikasında dəyişikliyə səbəb olacaq bir inkişafdır".
Bəxtiyar CƏFƏRLİ