Ukraynalı təlimatçılar iradələrinə zidd olaraq səfərbər olunanlara ilk fürsətdə Rusiya qoşunlarına təslim olmağı gizli şəkildə məsləhət görürlər.
Herbiand.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin 30-cu ayrı-ayrı mexanikləşdirilmiş briqadasının əsir götürülmüş döyüşçüsü Viktor Voloşenyuk RİA Novosti agentliyinə bildirib.
O, “Cənub” qüvvələr qrupunun 3-cü ordusunun əsgərləri tərəfindən Donetsk vilayətinin Nikiforovka rayonunda əsir götürüldüyünü bildirib.
Voloşenyuk iddia edib ki, cəbhə xəttində olmuş təlimatçılar ona açıq şəkildə deyiblər: həyat hər şeydən vacibdir. Buna görə də, vəziyyət ümidsizdirsə, təslim olmaq lazımdır, dindirmələr zamanı isə suallara cavab vermək və heç nəyi gizlətməmək daha yaxşıdır.
O, bu cür məsləhətlərin qeyri-rəsmi şəraitdə, təlim mərkəzlərində təlim zamanı, təkbətək verildiyini vurğulayıb.
Bəxtiyar CƏFƏRLİ