Advertisment

Aİ-dən Ukraynaya böyük hərbi dəstək: PUA və raketlər alınacaq

Avropa Komissiyası Ukraynaya hərbi məqsədlər üçün növbəti iri həcmli maliyyə yardımının ayrıldığını elan edib. Herbiand.az xəbər verir ki, 90 milyard avroluq genişmiqyaslı proqram çərçivəsində Kiyevə 2,86 milyard avro məbləğində növbəti tranş köçürülüb.

Ayrılan bu böyük məbləğdə vəsait Ukrayna Silahlı Qüvvələrinin müdafiə imkanlarının gücləndirilməsinə yönəldilib.

Xüsusilə də ayrılan maliyyə hesabına müasir pilotsuz uçuş aparatları, hava hücumundan müdafiə kompleksləri və raket sistemləri alınacaq.

Bununla yanaşı, təminat paketünə radiolokasiya vasitələri, radioelektron mübarizə avadanlıqları və müxtəlif növ döyüş sursatlarının tədarükü də daxildir.

Aydın

Herbiand.az