Rusiyanın T-80BVM tankı xüsusi hərbi əməliyyat zonasında döyüş əməliyyatları zamanı yüzlərlə modifikasiyaya məruz qalaraq avadanlıqlarını əhəmiyyətli dərəcədə dəyişdirib və müdafiəsini gücləndirib. Orijinal T-80-lərin yaradılmasından sonrakı yarım əsr ərzində tank özünün görünüşünü qoruyub saxlasa da, texniki imkanları tamamilə yeni səviyyəyə çatıb.
Herbiand.az bildirir ki, bu barədə “Rostex” dövlət korporasiyası xəbər verib.
Hələ xüsusi hərbi əməliyyatdan əvvəl T-80 modernləşdirilərək T-80BVM yaradılmışdı. Sonrakı döyüş təcrübəsi dizaynın daha da təkmilləşdirilməsini zəruri etdi. Mühəndislər dəfələrlə texnikanın fərdi komponentlərini yenidən dizayn edib, zireh mühafizəsini gücləndirib və avadanlıqları yeniləyərək dəyişən əməliyyat şəraitinə uyğunlaşdırıblar.
Dövlət korporasiyasından bildirilib ki, bu gün T-80BVM geniş çeşiddə döyüş tapşırıqlarını yerinə yetirməyə qadirdir. Nəqliyyat vasitəsi hətta, FPV dronlarının kütləvi hücumları altında birbaşa atəşlə düşmən müdafiəsini yara bilir
“Rostex” vurğulayıb T-80BVM-in əhəmiyyətli üstünlüyü onun yüksək hərəkətliliyidir. Tank yüksək sürət, manevr qabiliyyəti və çətin ərazidə inamlı hərəkəti ilə fərqlənir.
Bəxtiyar CƏFƏRLİ