Advertisment

İran və Rusiyanın xarici işlər nazirləri görüşüblər

Tehrana səfər edən Rusiyanın xarici işlər naziri Sergey Lavrov iranlı həmkarı Abbas Əraqçi ilə görüşüb.

Herbiand.az-ın məlumatına görə, iki ölkənin xarici işlər nazirləri arasında danışıqlar başlayıb.

Qeyd edək ki, Lavrovun Tehran səfəri Tehran-Moskva arasında davamlı məsləhətləşmələr, ikitərəfli razılaşmaların icrasının izlənilməsi, eləcə də regional və beynəlxalq hadisələr barədə fikir mübadiləsi aparılması məqsədi daşıyır.

Lavrovun İran Prezidenti Məsud Pezeşkianla da görüşü nəzərdə tutulub.