Advertisment

Şəhid Zülal Mədətlinin əziz xatirəsi ehtiramla yad edilib-FOTOLAR

“Naxçıvan Şəhid Ailələri” İctimai Birliyinin mətbuat xidməti bildirir ki, 19 oktyabr 2026-cı il tarixdə Vətən müharibəsi şəhidi Mədətli Zülal Rəhim oğlunun şəhadətə ucalmasının altıncı ildönümü münasibətilə Şərur Şəhidlər xiyabanında məzarı ziyarət olunub.

Ziyarətdə Şərur Rayon İcra Hakimiyyətinin başçısı Kamal Cəfərov, icra hakimiyyətinin kollektivi, şəhid ailələri, müharibə əlilləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Şəhidin məzarı önünə gül dəstələri düzülüb, əziz xatirəsi dərin ehtiramla yad edilib, ruhuna dualar oxunub və Fatihə surəsi səsləndirilib.

Şəhidin ailə üzvləri ilə görüşən icra hakimiyyətinin başçısı onlara başsağlığı verib, Zülal Mədətlinin keçdiyi şərəfli döyüş yolunun hər kəs üçün örnək olduğunu vurğulayıb.

Qeyd olunub ki, Vətən uğrunda canından keçən qəhrəmanlarımızın xatirəsi xalqımızın qəlbində daim yaşayacaq, onların igidliyi heç vaxt unudulmayacaq.

Tədbirin sonunda məktəblilər şəhidlərin əziz xatirəsinə həsr olunmuş vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər. Şəhid Zülal Mədətlinin və bütün şəhidlərimizin ruhuna dualar oxunub.

Bəxtiyar ƏLİYEV

Herbiand.az