Advertisment

Emin Həsənli: “Zəngilanın azad edilməsi tarixi əhəmiyyət daşıyır”-VIDEO

Bu gün Zəngilan şəhərinin Ermənistanın işğalından azad edilməsinin altıncı ildönümüdür. Azərbaycan Ordusu 2020-ci il oktyabrın 20-də Vətən müharibəsi zamanı Zəngilan şəhərini işğaldan azad edib.

Bu tarixi qələbə Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində mühüm əhəmiyyət daşıyıb.

 “Real” TV-nin “Baş xəbər” verilişində çıxış edən Hərbi Yönümlü Təşkilatlar İttifaqının və “Qardaşlığımız Əbədidir” QHT Koalisiyasının rəhbəri, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli Zəngilanın işğaldan azad edilməsinin tarixi əhəmiyyətindən danışıb.

O, Zəngilanın azad olunmasının Azərbaycanın hərbi-siyasi uğurları baxımından mühüm əhəmiyyət daşıdığını bildirib: “Zəngilanın coğrafi mövqeyi və strateji əhəmiyyəti bu ərazinin azad edilməsini xüsusi önəmli edirdi.

Zəngilanın işğaldan azad edilməsi Azərbaycanla İran arasında birbaşa sərhəd əlaqələrinin bərpası baxımından da əhəmiyyətli idi. Bu hadisə regionda yeni geosiyasi reallıqların formalaşmasına təsir göstərib”.

Emin Həsənli deyib ki, bəziləri Nikol Paşinyanı demokrat və sülhpərvər siyasətçi kimi təqdim etsələr də, əməlləri onun təcavüzkar olduğunu sübut edir:

“İşğal dövründə Paşinyan Cəbrayıl istiqamətində yol çəkirdi, Şuşada rəqs edir, təxribatçı addımlar atır, “Qarabağ Ermənistandır nöqtə” deyirdi”.

Aydın