Advertisment

Fransada Şamonda virusuna ilk dəfə insanda rast gəlinib, xəstə ölüb

Fransada əsasən heyvanlarda, xüsusilə mal-qarada rast gəlinən Şamonda virusuna ilk dəfə insanda yoluxma halı qeydə alınıb.

“Reuters“-in Fransa səhiyyə orqanlarına istinadən yaydığı məlumata görə, hazırda virusun əhali üçün təhlükə yaratdığına dair risk müəyyən edilməyib.

Məlumata görə, yoluxmuş xəstə sonradan xəstəxanada vəfat edib.

Şamonda virusu dişləyən xırda həşəratlar vasitəsilə yayılır. Virus ilk dəfə 1960-cı illərin ortalarında Nigeriyada aşkarlanıb, sonradan Afrika və Yaponiyada heyvanlar arasında qeydə alınıb. 2026-cı ildə isə Avropanın bir sıra ölkələrində yayılmağa başlayıb.

Fransa Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, insanda aşkarlanan ilk hal ağır immunçatışmazlığı olan xəstədə qeydə alınıb. Yoluxmanın Şərqi Fransada baş vermiş ola biləcəyi ehtimal edilir. Həmin ərazidə virus 2026-cı ilin yaz və yay aylarında heyvanlar arasında yayılıb.

Fransa rəsmiləri bildirirlər ki, hazırda mövcud elmi məlumatlar əsasında ümumi əhali üçün sağlamlıq riski müəyyən edilməyib.