Advertisment

Deputat Elnarə Akimova vətəndaşların müraciətlərini dinləyib

Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, filologiya elmləri doktoru Elnarə Akimova oktyabr ayı üçün nəzərdə tutulan ikinci vətəndaş qəbulunu keçirib. Görüş zamanı deputat seçiciləri narahat edən məsələləri dinləyib, onların müraciətləri ilə yaxından tanış olub.

Herbiand.az bildirir ki, qəbulda iştirak edən vətəndaşlar əsasən işlə təminat və mülkiyyət hüquqlarının rəsmiləşdirilməsi ilə bağlı qarşılaşdıqları çətinlikləri diqqətə çatdırıblar. Elnarə Akimova hər bir müraciəti diqqətlə dinləyərək qaldırılan məsələlərin mahiyyətini öyrənib, onların həlli imkanları ətrafında müzakirələr aparıb.

Vətəndaş qəbulları seçicilərin problemlərinin birbaşa öyrənilməsi, onların müraciətlərinə vaxtında və həssas yanaşılması baxımından mühüm əhəmiyyət daşıyır. Belə görüşlər insanların üzləşdikləri çətinlikləri ifadə etməsinə, mövcud problemlərin aidiyyəti üzrə araşdırılmasına və qanunvericiliyin imkanları çərçivəsində müvafiq tədbirlərin görülməsinə şərait yaradır.

Onun sözləriunə görə, qaldırılan məsələlərin həlli istiqamətində səlahiyyətləri çərçivəsində qanunvericiliyin tələblərinə uyğun addımlar atılacaq. Müraciətlərin diqqətdə saxlanılması və müvafiq qurumlarla əlaqələndirmə işinin aparılması vətəndaşlarla davamlı ünsiyyətin əsas istiqamətlərindəndir.

Deputatın seçicilərlə mütəmadi görüşləri vətəndaş müraciətlərinin yerində öyrənilməsinə, insanların qayğılarının diqqətdə saxlanılmasına və onların həlli üçün imkanların səfərbər edilməsinə xidmət göstərir.