Advertisment

MHP-dən Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı önəmli AÇIQLAMA

MHP sədrinin müavini İlyas Topsakal Azərbaycan və Türkiyə münasibərləri ilə bağlı son günlər yaşanan gərginliklərlə bağlı maraqlı açıqlamalar verib. O qeyd edib ki, Azərbaycan həm tarixi, həm mədəni, həm də coğrafi baxımdan Türk dünyasının mərkəzi damarıdır.

Herbiand.az xəbər verir ki, İlyas Topsakal çıxışı zamanı Azərbaycanın rolunu insan bədənindəki boğaz orqanına bənzədib: "Azərbaycan deyərkən biz sadəcə bir ölkə başa düşürük galiba. Ancaq böyüklərimizin tabiri ilə baş Anadolu, yəni Türkiyədirsə, qəlbiniz və gövdəniz Türküstandırsa, boğazınız Azərbaycandır. Türk tarixi, mədəniyyəti, irfanı üçün Azərbaycan tıpkı insanın boğazı kimi keçiş nöqtəsidir, lokmanı hazırladığı və dünyaya yaydığı bir məkandır".

Topsakal qeyd edib ki, məhz bu səbəbdən Azərbaycan olmadan Türk Dövlətləri Təşkilatından, Türk dünyasının bir-birini anlamasından danışmaq qeyri-mümkündür.

Qazaxıstan, Qırğızıstan, Altay, Tuva və Hakas kimi bölgələrlə yanaşı, Şərqi Avropadan Balkanlara, Qafqazdan Şimali Afrikaya qədər uzanan böyük bir Türk coğrafiyasının bir-biri ilə əlaqələnməsində Naxçıvan keçidi və Xəzər-Aral xəttinin əvəzsiz strateji önəm daşıyır

O, çıxışı zamanı qeyd edib ki, əgər bu coğrafi, elmi, siyasi və mədəni keçid nöqtəsi işləməzsə, Türk dünyasından, Türk birliyindən və Turandan danışmaq heç bir reallığı əks etdirməyəcək.