Advertisment

Estoniyanın IT şirkətlərinin Azərbaycan bazarına çıxış imkanları müzakirə edilib

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Estoniyanın İnformasiya Texnologiyaları və Telekommunikasiya Assosiasiyasının (ITL) təşkilatçılığı ilə keçirilən dəyirmi masada IT şirkətlərindən ibarət nümayəndə heyəti ilə görüşüb.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən Herbiand.az-a bildirilib ki, dəyirmi masa çərçivəsində Azərbaycanda rəqəmsallaşma sahəsində həyata keçirilən son yeniliklər, qəbul edilmiş yeni qanunvericilik paketi və texnologiya sektorunda yaradılan imkanlar barədə Estoniya şirkətlərinə məlumat verilib.

Həmçinin İKT sahəsində əməkdaşlığın genişləndirilməsi, Estoniya şirkətlərinin Azərbaycan bazarına çıxış imkanları və birgə layihələrin həyata keçirilməsi perspektivləri müzakirə edilib.