Advertisment

Xüsusi Hərbi Əməliyyat iştirakçıları gəlirlərini təsdiqləmədən sosial müqavilə bağlaya bilərlər

Xüsusi Hərbi Əməliyyat iştirakçıları ailələrinin adambaşına gəlirlərini qiymətləndirmədən öz bizneslərini qurmaq üçün birdəfəlik sosial müqavilə bağlaya bilərlər.

Herbiand.az bildirir ki,  bu barədə Rusiyanın Əmək Nazirliyi “Maks” platformasında bildirib.

Qeyd edilib ki, sosial müqavilə aztəminatlı vətəndaşlar üçün dəstək tədbiridir. Ümumi qaydalara görə, biznesə başlamaqdan ötrü vəsait almaq üçün ailənin son üç ay ərzində adambaşına gəlirlərinin yaşayış minimumundan aşağı olduğunu təsdiqləmək lazımdır.

Bəxtiyar CƏFƏRLİ