Advertisment

Dağıstan, Krasnodar, Adıgey və Stavropoldakı "Ozon" logistika anbarları vurulub

Avqustun 24-də Rusiyanın Krasnodar diyarında “Ozon” şirkətinə məxsus logistika mərkəzinə dron hücumu edilib.

Şirkətin məlumatına görə, hadisə zamanı sistemlər normal işləyib, əməkdaşlar isə operativ şəkildə təxliyə olunub. Hücumdan sonra anbarda güclü yanğın başlayıb və əraziyə fövqəladə hallar xidmətlərinin əməkdaşları cəlb edilib. Logistika mərkəzinin fəaliyyəti müvəqqəti dayandırılıb.

Bundan əlavə, gecə saatlarında Adıgey Respublikasının Adıgeysk şəhərində və Stavropol diyarının Nevinnomıssk şəhərində yerləşən “Ozon” anbarları da dron hücumu təhlükəsi səbəbindən boşaldılıb. Şirkət əməkdaşlar arasında xəsarət alan olmadığını, anbarların və malların təhlükəsiz vəziyyətdə qaldığını bildirib. Hər iki mərkəzin fəaliyyəti müvəqqəti dayandırılıb.

Səhər saat 05:00 radələrində isə Mahaçqaladakı “Ozon” logistika mərkəzinin də dron hücumuna məruz qaldığı bildirilir. Şirkət əməkdaşların təxliyə edildiyini açıqlayıb. İlkin məlumata görə, hadisə nəticəsində ölənlər var.

Mahaçqaladakı mərkəzdə də yanğın baş verib və hadisə yerinə təcili yardım xidmətləri göndərilib. Anbarın fəaliyyəti dayandırılıb.