Londonun uzun mənzilli SCALP raketləri ilə bağlı məxfi məlumatların Kiyevə ötürülməsini açıq şəkildə elan etməsi ötürülmənin özündən xəbər vermir. Əksinə bu, Londonun prosesdəki təxribatçı rolundan xəbər verir.
Herbiand.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Rodion Miroşnik Telegram kanalında yazıb.
"Böyük Britaniyanın baş naziri SCALP raketinin sirlərini Kiyevə ötürəcəklərini elan etmək niyyətindədir! Bəs onlar məxfi məlumatları gizli şəkildə ötürə bilməzdilərmi? Əlbəttə ki, bilərdilər! Deməli, məsələ ötürülmənin özü deyil, ötürülmənin elan edilməsi və Londonun bu prosesdəki təxribatçı roludur", - rus diplomat qeyd edib.
Bəxtiyar CƏFƏRLİ