Advertisment

Zelenski Ukrayna ordusunun rəhbərliyini təhqir etməməyə çağırıb

Ukrayna prezidenti Vladimir Zelenski ukraynalıları ölkənin hərbi rəhbərliyini tənqid etməməyə və Ukrayna Silahlı Qüvvələrinin komandirlərini "şeytan" adlandırmamağa çağırıb.

Herbiand.az bu barədə Strana.ua portalına istinadən bildirir.

Zelenskinin fikrincə, keçmiş baş komandan Aleksandr Sırskiyə ünvanlanan təhqirlər tez bir zamanda yüksək rütbəli hərbi komandanlığın digər üzvlərinə də yayıla bilər: “Bu cür ritorika yalnız daxili münaqişələri daha da şiddətləndirə bilər. "Sırski şeytandır", "Xmara şeytandır" kimi şüarlar... Bəs sonra nə olacaq? Qulaq asın, bu, həddindən artıqdır”.

Bəxtiyar CƏFƏRLİ