Cənubi Koreya Hərbi Dəniz Qüvvələrinə məxsus 3 min tonluq “ROKS Dosan Ahn Chang-ho” adlı sualtı qayıq 161 gündən sonra Cinhe dəniz bazasına geri qayıdıb.
Bu barədə Herbiand.az xarici mətbuata istinadən xəbər verir. Məlumata görə, sualtı qayıq 25 martda yola çıxıbmış.
Ümumilikdə 28 min kilometr məsafə qət edən qayıq səfər çərçivəsində sualtı qayıq Kanadanın Viktoriya şəhərinə yollanmazdan əvvəl ABŞ-ın rəhbərliyi ilə keçirilən “RIMPAC” hərbi-dəniz təlimlərinı qatılmaq üçün Havay və Quam adalarında limanlara daxil olub.
Ölkənin Hərbi Dəniz Qüvvələri baş qərargahının yaydığı xəbərə görə, Sakit okeanı keçməklə həyata keçirilən bu səfər ölkə tarixində ilkdir.
Qeyd olunub ki, yerli texnologiya əsasında inşa edilmiş sualtı qayığın bu nailiyyəti Koreyanın hərbi arsenalının gücləndiyini göstərir.
Məlumatda qeyd olunur ki, təlimlər zamanı sualtı qayıq “düşmən gəmiləri” tərəfindən 28 şərti hücumu uğurla dəf edib və yüksək döyüş qabiliyyəti nümayiş etdirib.
Sualtı qayığın qayıdışı ilə bağlı Seuldan təxminən 300 kilometr cənubda yerləşən Çanqvondakı bazada rəsmi qarşılanma mərasimi keçiriləcək.