Advertisment

Almaniyanın aviasiya sektoru Şengen zonasına girişdə xaos təhlükəsi barədə xəbərdarlıq edib

Almaniyanın aviasiya sektoru Şengen zonasına giriş zamanı ciddi problemlərin yarana biləcəyi barədə xəbərdarlıq edib.

Herbiand.az “Deutschlandfunk” radiosuna istinadla xəbər verir ki, Frankfurt hava limanı, “Lufthansa” və “Condor” aviaşirkətləri, eləcə də Almaniya Hava Limanları Assosiasiyası (ADV) Avropa İttifaqının (Aİ) sərnişinlər üçün tətbiq etdiyi müvəqqəti güzəştlərin bazar günü başa çatmasından əvvəl təcili şəkildə uzadılmasını tələb edib.

Sektor nümayəndələri güzəştlərin ləğvinin üçüncü ölkə vətəndaşlarının giriş-çıxışı zamanı növbələrin və gözləmə müddətinin kəskin artmasına səbəb ola biləcəyini bildirirlər.

Problem Aİ-nin yeni Sərhəd Giriş-Çıxış Sistemi (EES) ilə bağlıdır. 2025-ci ilin oktyabrından tətbiq edilən sistem çərçivəsində sərhədi keçən şəxslərin biometrik məlumatları toplanaraq məlumat bazaları ilə yoxlanılır. Prosedurların mürəkkəbliyi artıq bəzi hava limanlarında uzun növbələrə səbəb olub.

Frankfurt hava limanının operatoru “Fraport”un məlumatına görə, sərnişin sıxlığının yüksək olduğu vaxtlarda gözləmə müddəti 90 dəqiqəyədək çatıb. Aviasiya sektoru güzəştlərin dayandırılmasının əməliyyat problemlərini artıracağından və tranzit sərnişinlərin birləşdirici reyslərini qaçırması ilə nəticələnə biləcəyindən narahatdır.