Advertisment

Kolesnik: 102-ci hərbi bazanın Gümrüdən çıxarılması regionda güc balansını poza bilər

Rusiyanın 102-ci hərbi bazasının Gümrüdən çıxarılması ehtimalı regionda güc balansını poza və Ermənistanın özünün təhlükəsizliyini təhdid edə bilər.

Herbiand.az xəbər verir ki, bu fikri Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin üzvü Andrey Kolesnik bildirib.

Parlament üzvü Zaqafqaziya respublikasının təhlükəsizliyinin kövrək olduğunu vurğulayıb və bunun qismən qonşu Türkiyə ilə həll olunmamış məsələlərə görə olduğunu bildirib. Kolesnikin sözlərinə görə, Ermənistan rəhbərliyi bu cür addımların strateji risklərini nəzərə almalı və müdafiə məsələlərində siyasi manevrlərdən çəkinməlidir. O, həmçinin qeyd edib ki, Rusiya hərbi kontingentinin yerləşdirilməsi uzunmüddətli ikitərəfli müqavilə ilə tənzimlənir, ona görə də son qərar Rusiya rəhbərliyinə aiddir.

Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan Moskvanın Gümrüdəki hərbi bazanın çıxarılması barədə qərar verəcəyi təqdirdə Yerevanın buna etiraz etməyəcəyini bildirib.

Bəxtiyar CƏFƏRLİ