Advertisment

Sabiq naziri ölüm işi üzrə daha bir nəfər saxlanıldı

Türkiyənin sabiq nəqliyyat naziri Arif Əhməd Dənizoğlunun ölümü ilə bağlı aparılan araşdırma çərçivəsində daha bir şəxs saxlanılıb.

Herbiand.az xarici mediaya istinadən xəbər verir ki, saxlanılan şəxs sabiq nazirin həkimi olduğu iddia edilən Nurettin Demirkoldur.

O, "yalan ifadə verməkdə" ittiham edilir. Qeyd edək ki, həbs Bakırköy  prokurorluğunun Arif Əhməd Dənizolğlunun ölümü ilə əlaqədar qaldırılmış cinayət işi üzrə apardığı istintaq çərçivəsində həyata keçirilib.  

Bundan əvvəl də şahid qismində ifadə verən Nurettin Demirkolun sabah məhkəməyə çıxarılacağı bildirilir.

Herbiand.az