Advertisment

ABŞ Kastronun nəvəsinə sanksiya tətbiq edib

ABŞ Kuba Respublikasının keçmiş prezidenti Raul Kastronun nəvəsinə sanksiya tətbiq edib.

Herbiand.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi bəyanat yayıb.

Sanksiya siyahısına daxil edilən Fidel Ernesto Kastro Kalisa ilə yanaşı Kubanın Xarici Ticarət Bankına, eləcə də “Comercial Cupet, Nicarotec, Abapet və Cexni şirkətlərinə qarşı məhdudiyyətlər tətbiq olunub.

Qeyd edək ki, Vaşinqton bu ilin mayında ABŞ təyyarələri ilə bağlı 30 il əvvəl baş vermiş insidentə görə Kubanın 94 yaşlı keçmiş rəhbəri Raul Kastroya qarşı ittiham irəli sürüb.

Beləki 1996-cı ildə Kuba qırıcıları kubalı mühacirlərə məxsus təyyarələri vurub. Həmin gün Kuba hakimiyyətinə müxalif olan “Brothers to the Rescue təşkilatının üç təyyarəsi adanın hava məkanına daxil olub. Kuba hərbçiləri onlardan ikisini zərərsizləşdirib.

Kuba hökuməti ABŞ-ın Raul Kastroya qarşı irəli sürdüyü ittihamları “biabırçı siyasi təxribat” adlandırıb.

Herbiand.az