Çində 5,2 maqnitudalı güclü zəlzələ baş verib. Herbiand.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Mərkəzin saytında yayılan məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 01:04-də, Bakı vaxtı ilə 21.04-də Çinin şimal-qərbində yerləşən Çinxay əyalətinin şimal hissəsində qeydə alınıb. Zəlzələnin episentri Dunxuan şəhərindən 272 kilometr cənub-şərqdə yerləşib. Zəlzələ ocağı 10 kilometr dərinlikdə olub.
İnsan tələfatı və dağıntılar barədə məlumat daxil olmayıb.
Qeyd edək ki, bir gün əvvəl isə Çinin Cənubi Sincan bölgəsində 4.4 bal gücündə yeraltı təkanlar qeydə alınmışdı.